Müxalifət

  • 16 332

Məhəmməd Mirzəlinin canlı yayımlarına ermənilər qoşulur FOTOFAKT

image

Avropada "siyasi mühacir" adı altında Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən Məhəmməd Mirzəli Youtibe kanalında canlı yayıma qatılaraq, ölkədəki ictimai sabitliyi pozmağa yönəlik çağırışlar edir, bu məsələ ətrafında süni ajiotajlar yaratmağa çalışır. SİA xəbər verir ki, Məhəmməd Mirzəlinin çağırışlarına ermənilər də qoşulurlar. Onlar bu və ya digər şəkildə onu ələ salan fikirlər yazırlar.Misal üçün, Raisa Divanyan adlı sosual şəbəkə istifadəçi, Mirzəlinin icazəsiz aksiya çağırışlarını ələ salıb. O, fevralın 30-da hamını mitiqlərə qatılmağa səsləyib. Halbuki, fevral ayı 30 gündən ibarət deyil. Bu isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq avropalı "siyasi mühacirlər" erməni lobbisinin də gülüş hədəfinə çevriliblər. Belə ki, əsasən, erməni lobbisinin patronajlığı altında fəaliyyət göstərən müxtəlif anti-Azərbaycan dairələrinin sifarişlərini icra edən Məhəmməd Mirzəli və digərləri üzərlərinə götürdükləri vədləri yerinə yetirə bilmədiklərinə görə, onlara pul xərcləyən ermənilərin hədəfinə çevrilməkdədirlər. Bu baxımdan, Məhəmməd Mirzəlinin Youtibe kanalındakı canlı yayımlarına artıq erməniıər də qoşulmağa başlayıblar.

sia.az

Digər xəbərlər