Müxalifət

  • 18 046

AXP sədrinin iddiası Müsavatı qarışdırdı, AXCP-ni isə… TƏRS BAXIŞ

image

Yaxud, Pənah Hüseynin fikirləri düşərgədaxili vəziyyəti gərginləşdirib

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin yenidən bu posta geri dönməsi ətrafında gəzən söz-söhbət yenidən gündəmə gəlib. Buna səbəb, AXP sədri Pənah Hüseynin “İsa Qəmbər öz yerində oturub” tipli iddiasıdır. Daha dəqiq desək, millət vəkili Zahid Orucun mətbuata verdiyi müsahibəsində radikal müxalifət düşərgəsi ilə bağlı dediyi ifadələri AXP sədrinin İ.Qəmbəri müdafiə etməsinə səbəb olub.
AXP sədri Müsavatın sabiq başqanı barədə ikibaşlı fikir bildirib
Xatırladaq ki, Z.Oruc sözügedən müsahibəsində P.Hüseynin AXCP sədri Əli Kərimlinin deyil, məhz İ.Qəmbərin “ana müxalifət lideri” oldğunu sərgiləyir və Ə.Kərimli bunu bildiyi üçün əlinə düşən hər imkandan istifadə edir. Yəni İ.Qəmbəri “vurur”. Nəticədə, AXP sədri Müsavatın sabiq başqanı barədə ikibaşlı fikir bildirib və demək istəyib ki, o partiyanın başqanı olmasa da, oranı idarə edir, eyni zamanda, “ana müxalifətçi” olaraq, öz yerindədir və s. Söz yox ki, AXP sədrinin fikirləri həm Müsavat, həm də AXCP-də daxili gərginlik yaradıb.
Kəskin qıcığın yaranmasına daha bir səbəb Misal üçün, Müsavat başqanı Arif Hacılı heç vaxt istəməz ki, partiyanın növbəti qurultayında İ.Qəmbər yenidən öz yerinə geri dönsün. Hətta İ.Qəmbərə qarşı müsavatdaxili qruplaşmanın bu və ya digər şəkildə işlər aparması kifayət qədər bəllidir. Bu məsələdə, A.Hacılının qardaşı Mustafa Hacıbəyli əsas rol alıb və qardaşı tərəfindən təlimatlandırılıb.Digər tərəfdən, AXCP sədri Ə.Kərimli əzəli və əbədi düşməni elan etdiyi Müsavatın “ana müxalifət partiyası” olmasına qarşı fəaliyyət göstərməkdədir. Nəticədə, AXP sədri P.Hüseynin fikirləri hər iki siyasi müxalifət partiyalarında kəskin qıcıq yaradıb.
Pənah Hüseyn İsa Qəmbərlə hansı razılığa gəlib?
Beləliklə, fakt budur ki, P.Hüseyn, quyuya daş atıb və bu daş, quyu əvəzinə iki partiyanın – AXCP-nin və Müsavatın bostanına gedib-düşüb. Bu hal isə daha bir ehtimalı şərtləndirir – P.Hüseyn, kimsədən gizlətmədiyi İ.Qəmbər pərəstişliyini indi, açıq-aydın sərgiləyir, yəni reklam edir. Burada isə, Müsavatın eks-başqanı ilə müəyyən razılaşmanın da olduğunu istisna etmək olmaz. Daha doğrusu, İ.Qəmbər əlində olan son rıçaqlarını istifadə edib, müxalifətə yeni statusda – “ana müxalifət lideri” statusunda geri dönməyi qarşısına məqsəd qoyub. Ancaq göründüyü kimi, bu ona elə də asan başa gəlməyəcək. Çünki onun qarşısını kəsən iki siyasi müxalifət partiyasının radikal baxışlı rəhbərliyi var – Əli Kərimli və Arif Hacılı…

sia.az.

Digər xəbərlər