Müxalifət

  • 36 490

Söyüş müxalifəti – kirli məqsəd, xəyanət məramı çoxdan bəllidir SİYASİ RAKURS

image

Cəmiyyət belələrinə aşırı nifrət edir, onların əlahəzrət qanun qarşısında cavab verəcəkləri günü səbirsizliklə gözləyir!

Siyasi mübarizəni şərəf və ləyaqət məfhumundan üstün tutaraq, onu opponentinə qarşı söyüş və həqarətlərlə tətbiq etmək, ilk növbədə, milli-mənəvi əxlaq dəyərlərimizi ayaqlar altına atmaq anlamını daşıyır. Bunu edənlər isə, bu gün sosial şəbəkələrdə “xalq”, “millət” deyə bağırıb, özlərinə dividentlər qazanmağa cəhd edən “liderlər” və onların “beşinci kolon” nümayəndələridirlər ki, sözügedən vasitələrlə guya öz “mübarizələrində” üstünlük qazandıqlarını sanırlar. Amma bunun belə olmadığını özləri də yaxşı bilirlər. Bilirlər ki, sərgilədikləri hərəkətəri sağlam düşüncəli rəy tərəfindən ən sərt şəkildə və hiddətlə qınanılır. Daha doğrusu, söyüş müxalifəti deyilən ucuz yığnaq, bu yolla üzləşdikləri məğlubiyyətlərini əslində etiraf etmiş olurlar. Yəni, siyasi rəqiblərinə tərəf nə qədər çox söyüşlərə, həqarətlərə, küfrlərlə yol verirlərsə, bir o qədər də məğlub olduqlarını etiraf edirər.
Bu, heç də belə deyil..!
Lakin belələri unutmamalıdırlar ki, özlərinə rəva görmədikləri söyüşləri başqalarına qarşı tətbiq edirlərsə, bunun hüquqi tərəfləri də var. Belə ki, bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycan da dünyada beynəlxalq konvensiylara və hüquqi prinsiplərə daim əməl edən dövlət kimi tanınır. Hər bir Azərbaycan vətəndaşı vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq, qanun qarşısında bərabərdir və hər bir şəxs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır. Bəli, bu gün xarici ölkələrdə necə deyərlər, “şirə, pələngə” dönən söyüş dağarcıqları da var ki, onlar onsuz da, Azərbaycanın dövlətçilik maraqlarına qarşı düşmənçilik mövqeyi nümayiş etdirirlər və düşünürlər ki, “siyasi sığınacaq” aldıqları hər hansı Avropa ölkəsində oturub, sosial şəbəkələr vasitəsi ilə dövlətinin mövqeyini qoruyanları çirkin söyüş hədəflərinə tuturlarsa, onların bu əməlləri cavabsız qalacaq və s. Bu, heç də belə deyil, çünki beynəlxalq konvensiyalar və qanunlar mövcuddur, zamanı çatanda hər kəs haqq etdiyi cəzasını mütləq alacaq. Yəni bu reallığı bəlkə də bir çoxları qeyri-reallıq kimi düşünə bilər, amma əlahəzrət zaman və qanun hər şeyi tam dəqiqliyi ilə sübut edəcək, özü də tezliklə!
Avropa ölkələrinə bit-birələrtək daraşmış cinayətkar çetelər daha bir faktoru unutmamalıdırlar ki...
“Siyasi mühacir”, “dissident” adı altında və onlara radikal müxalifət partiyalarının “liderləri” tərəfindən verilmiş saxta sənədlərlə Avropa ölkələrinə bit-birələrtək daraşmış bu cinayətkar çetelər daha bir faktoru unutmamalıdırlar ki, onların bir çoxu hələ də yaşadıqları ölkələrdə oturum izni almayıblar və hər an bu ölkələrin miqrasiya xidmətləri sənədlərini yoxlayıb, saxtalıqlarını ifşa edə bilər. Çox yəqin ki, son bir neçə ildə Azərbaycan dövlətinin rəhbərliyindən tutmuş, dövlətin maraqlarını dəstəkləyən insanları söyüş dalğasına mürtəkib edənlər qısa zamanda ciddi yoxlamalara məruz qalacaqlar. Bax onda......Onda növbə deportasiyaya, ölkədən çıxarılmaya qədər gəlib-çatacaq və onda həmin sosial şəbəkə “şirpələnglərinin” hansı vəziyyətə düşdüklərinin şahidlərinə çevriləcəyik. Özü də mütləq çevriləcəyik. Buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır!
Bir-birlərinin üzlərinə tüpürənlər və şərəfsizliyi etiraf edib, boyunlarına alan siyasi pəzəvənglər toplumu
İndi isə, qayıdaq sözügedən məsələnin digər tərəfinə. Bayaq da qeyd elədiyimiz kimi, Azərbaycan dövlətinə qarşı aparılan bütün qarayaxma, söyüş və təhqir kampaniyaları son nəticədə ağır fiaskoya uğrayıb, kampaniyanı təşkil edənlərin çirkin məqsədləri dəfələrlə ifşa olunub. Çünki Azərbaycan cəmiyyəti Avropada oturub, “Facebook”, “Youtube” və s. sosial şəbəkə vasitələri ilə hər gün canlı yayımlar etmək kimi öhdəliyi olanların xəyanətkar davranışlarına heç vaxt dəstək verməyib. Bu vaxta qədər hansı yalanlarla çıxış ediblərsə, son nəticədə ifşa olunaraq rüsvayçı vəziyyətə düşüblər. Cəmiyyət üçün artıq hər şey aydındır: bu cinayətkar dəstənin üzvləri yalnız xarici xüsusi xidmət orqanları qarşısında deyil, eləcə də erməni lobbisinin pulları qarşılığında (!) öhdəlik götürüb, öz dövlətlərinə qarşı çirkin oyunlar qurur, ölkəni qarşıdurmalara, qeyri-sabitliyə çəkməyə çalışırlar.Digər tərəfdən, biz bu ünsürlərin bir-birləri ilə də qızğın qarşıdurmala getdiklərini dəfələrlə görmüşük. Məhəmməd Mirzəli ilə Tural Sadıqlının hətta canlı yayımları vasitəsi ilə bir-birlərinə “şərəfsiz” və daha ağır söyüşlər söyüb, üzlərinə tüpürmələrinə qədər gördüyümüz bu reallıqlar onların hansı qeyri-insanlığa malik olduqlarının bariz göstəricisidir.Yaxud, Məhəmməd Mirzəlinin evində arvadının ona “şərəfsiz” deyib, onun isə bu sözü özünə söyüş kimi götürməməsi etirafını da incələyərsək, bu ünsürün hər şeyini pula satdığını, bundan sonra da sata biləcəyini əminliklə deyə bilərik.Bu reallığı Emin Milli, Orduxan Teymurxan və başqaları arasında da görmüşük, bilirik və zaman-zaman ictimai rəyin diqqətinə çatdırırıq. Bütün bunlar isə sübut edir ki, bunların dərdi pul dərdiymiş – pullarını ödə və bir-birlərinə necə söyüş söydüklərini müşahidə et. Bu, onların daxillərindəki çirkablıqlarının açıq mənzərəsidir və söz yox ki, cəmiyyət belələrinə nifrət edir, eyni zamanda, qanun qarşısında cavab verəcəkləri günü səbirsizliklə gözləyir!

sia.az

Digər xəbərlər