"Əli Kərimlinin reaksiyası o qədər aqressiv, uyğunsuz idi ki,..." ÖZƏL-RƏY

"Ötən gün Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, Xocalı yaddaşdan silinməyib əksinə yeni bir yaddaş kimi hələ də yaşamaqdadır. Azərbaycan hakimiyyəti də bir daha göstərdi ki, Qarabağ məsələsində heç bir amil üzrə güzəştə getmək fikrində deyil, baş verənlər olduğu kimi dəyərləndirilir və olduğu kimi də dnüya ictimaiyyətinə çatdırılır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçinin sözlərinə görə, ötən günkü o kütləvililik həm də onu göstərdi ki, Azərbaycan xalqı bütün məsələlərdə olduğu kimi Qarabağ məsələsində də məhz Prezident İlham Əliyevin arxasınca getməkdə qərarlıdır, məhz ölkə başçısına güvənir və Prezidentin bu məsələni həll edə biləcək Lider olduğunu qəbul edir: "Bunun fonunda Əli Kərimli və kiçik bir dəstəsinin orada göstərdiyi, sərgilədiyi davranış şəxsən məndə çox böyük bir kədər hissi yaratdı. Çünki adi bir vətəndaş (həmin insandan Əli Kərimlinin tərəfdarlarının xoşui gəlməyədə bilər) sadəcə olaraq yaxınlaşıb bir siyasət adamına sual verir və ondan soruşurur ki, sənin oğlun hardadır. O müqayisə üçün cənab Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətdə olduğunu deyir amma Əli Kərimlinin oğlunun kef çəkdiyini göstərir. Yəni sən demokratiyadan, dövlətin qorunmasından, Qarabağ dərdindən danışırsan amma realda bəs sənin oğlun niyə əsgərlikdə deyil. Mən həmin səhnəni görəndə açığını deyim ki, şoka düşdüm. Çünki Əli Kərimlinin verdiyi reaksiya o qədər aqressiv, uyğunsuz idi ki, yəni bir daha əmin oldum ki, bu adam siyasətçi kimi özünü yetişdirə bilməyib. Bu adam faktiki olaraq siyasətçiyə çevrilə bilməyib. Sadəcə olaraq 1990-cı illərin əvvəllərində xalq hərəkatının işığında fürsətçilik edib bir qədər önə çıxmışdı və parlamentdə təmsil olunurdu. Amma normal sabit və sakit siyasət dönəmində bu şəxs özünü təsdiq edə bilmir. Onun dünənki aqressiyası da oradan qaynaqlandırdı.Düşünürəm ki, istənilən siyasətçi istənilən xoşagəlməz suala təmkinlə cavab verməyi bacarmalıdır. Amma bunu ötən gün Əli Kərimli nümayiş etdirə bilmədi. Əlbəttə ki, bu cür yanaşma ilə Prezident İlham Əliyevin yanaşması, ümumilikdə Azərbaycan xalqının seçim etməsi hər halda mənə elə gəlir ki, siyasətlə məşğul olduğunu iddia edən bəzi müxaliflərə bir mesaj olmalıdır. Yəni onlar görməlidirlər ki, gerçəkdə xalq kimin arxasınca gedir və kimə daha çox güvənir”.

sia.az