Müxalifət

  • 83 997

Rüstəm İbrahimbəyovu təhrik edənlər kimlərdir? MÜXALİFƏT

image

Kinorejissor indi də siyasətə güclə gətirildiyini iddia edir

Müxalif düşərgədə hələ də adı “Milli Şura”nın “fəxri sədri” kimi keçən kinorejissor Rüstəm İbrahimbəyovun siyasi təcrübəsizliyi və tez-tez mövqe dəyişkənliyi, xüsusilə AXCP rəhbərliyi tərəfindən aldadılaraq prezidentliyə namizəd kimi irəli sürülməsi bir sıra partiya sədrləri tərəfindən araşdırılmaqdadır. Hələ 2013-cü ildə kinorejissorun əsas təbliğat ruporu olmuş AXCP-yə tərəf “ox” atan müxalifətçi partiya sədrləri bu və ya digər şəkildə ittihamlarını davam etdirir, bir sıra maraqlı mülahizələrini irəli sürürlər.
VİP sədri Əli Əliyev: “75 yaşlı ziyalını aldadıb seçkiyə qatırlarsa, o zaman iradəsiz bir adam necə prezident ola, ölkəni idarə edə bilərdi?”
Misal üçün, VİP sədri Əli Əliyev hələ 2013-ci ildə “Milli Şura”ya sədr təyin edilməsini ən sərt şəkildə tənqid edən şəxslərdən olub. O, bununla bağlı mətbuata açıqlamasında bildirib ki, həmin vaxt heç kim onu tənqid etmirdi, hamı ətrafına toplaşmışdı. “Mən hesab edirəm ki, kənar ölkənin vətəndaşı olan birinin prezidentliyə namizədliyi və prezident olması dövlətə ziyan gətirə bilərdi”, deyən VİP sədri əlavə edib ki, İbrahimbəyov bu dəfə də qeyri-səmimi danışıb: “Əgər doğurdan da 75 yaşlı ziyalını aldadıb seçkiyə qatırlarsa, o zaman iradəsiz bir adam necə prezident ola, ölkəni idarə edə bilərdi? Üstəlik, söhbət Qarabağ problemi olan, müxtəlif güclərin maraqlarının toqquşduğu bir ölkədən gedir. O halda İbrahimbəyov necə dövlətə rəhbərlik edəcəkdi? Yəni, namizədliyini iradəsiz irəli sürdüyünü, təhrik olunduğunu deməsi qeyri-səmimilikdir”.Beləliklə, kinorejissorun yalan danışdığını və o cümlədən, xarici qüvvələrin layihəsini icra etdiyini iddia edən Ə.Əliyev daha bir xatırlatmanı da edərək, R.İbrahimbəyovun əslində, bilə-bilə bu işlərə baş qoşduğunu bildirib. Daha dəqiq deək, müxalifətçi partiya sədri eyham vurur ki, 2013-cü ilin “Milli Şura” layihəsi heç də İbrahimbəyovun iradəsizliyinin nəticəsi olmayıb: “Bu, kənar güclərin, qurumların layihəsiydi, onun mərkəzində İbrahimbəyov fiquru dayanırdı, o da prosesə ”Milyarderlər İttifaqı" üzvü kimi qatılmşdı”.
“Ümid” partiyasının sədri İqbal Ağazadə: “Siyasət siyasətçinin işidir”
VİP sədri ilə yanaşı, “Ümid” partiyasının sədri İqbal Ağazadə də düşünür ki, siyasətdən başı çıxmayan birinin siyasətə qatılması, ölkə rəhbəri vəzifəsinə iddia etməsi doğru seçim ola bilməzdi. Bu seçim olubsa belə, nəticəsi gözlər önündərir. “Siyasətlə peşəkarlar məşğul olmalıdırlar”, deyən Ağazadə R.İbrahimbəyovun zorla “Milli Şura”ya sədr və sonradan prezidentliyə namizəd kimi irəli sürülməsi barədə dediklərinə dəqiq cavab verə bilməyəcəyini deyib: “Mən indi bilmirəm ki, İbrahimbəyovu həmin dövrdə “Milli Şura”dakılar prezidentliyə namizəd olmağa təhrik ediblər, ya yox, lakin siyasət siyasətçinin işidir”.Bütün bunlar isə, ilk növbədə ölü qurum kimi tanınan “Milli Şura”nın mövcud idarəçiləri üzərində nəticəsini tapan reallıqlardır. Yəni AXCP sədri Əli Kərimlinin hələ o zamanlar R.İbrahimbəyovu sədrliyə gətirilməsində israr etməsi, sonradan Müsavat partiyasının məhz İbrahimbəyova görə “Milli Şura”nı tərk etməsi və s. olaylar artıq bütün həqiqətləri ortaya çıxarıb. Düzdür, kinorejissor özünü təmizə çıxarmaq üçün müəyyən iddialar, ittihamlar irəli sürə bilər, lakin fakt budur ki, həmin faktlar öz təsdiqini tapır.

sia.az

Digər xəbərlər