Siyasət

  • 2 102

Azərbaycanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

image

YAP Astara rayon təşkilatında şura iclası keçirilib

Dünən YAP Astara rayon təşkilatında şura iclası keçirilib.
Yığıncağı giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, bugünkü firavan və güclü Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin böyük zəhməti və uzaqgörən siyasəti nəticəsində əldə olunub: "Bu günlər xalqımız 15 İyun Milli Qurtuluş Gününü təntənəli şəkildə qeyd edəcək. Artıq respublikamızın hər yerində, o cümlədən də, Astara rayonunda bayram tədbirlərinə başlanılıb. 1993-cü ildə baş verən ağır ictimai-siyasi hadisələr ölkəmizin dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkəni bu ağır vəziyyətdən, 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, xalqın sabaha olan inamını özünə qaytardı və nəticədə qüdrətli Azərbaycan dövlətini qura bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Belə bir çətin anda və çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq Onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu və qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".
Təşkilatın sədri çıxışında onu da bildirmişdir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursuna uyğun olaraq ölkədə sənayeləşmə siyasəti uğurla davam etdirilir: "Yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma və kənd təsərrüfatı sistemi yaradılır. Quruculuq-abadlıq işləri həyata keçirilir. Ölkənin dinamik sosial-iqtisadi inkişafında Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının geniş və məqsədyönlü fəaliyyəti də mövcuddur".
Şuranın toplantısında rayon ağsaqqalları Hamlet Əliyev, Seyran Babayev və digərləri çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən, Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar. Rayon əhalisini, o cümlədən, Azərbaycan xalqını qarşıdan gələn 15 İyun Qurtuluş Günü münasibət ilə təbrik ediblər.

RƏFİQƏ

Digər xəbərlər