Malena Mard: İnsan alveri fundamental hüquqları təhlükə altına qoyur

İnsan alveri bütün dünyanı, o cümlədən Avropa İttifaqını və insanların fundamental hüquqlarını təhlükə altına qoyur.
Bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bu gün “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması” layihəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, insan alverinə qarşı mübarizə Aİ-nin gündəliyində duran ən vacib məsələlərdən biridir:
“Dünya ölkələrinin bu istiqamətdə birgə fəaliyyət göstərməsi və bu bəlaya qarşı birgə mübarizə aparması mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanla bu istiqamətdə layihənin həyata keçirilməsinə çox şadıq. Avropa İttifaqı Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir”.
M.Mard bilirib ki, Aİ-nin Azərbaycanla əməkdaşlıq təcrübəsi var və bir çox layihələr uğurla icra edilib:
“İnanıram ki, bu layihə də uğurla icra olunacaq və insan alverinə qarşı mübarizəyə öz töhfəsini verəcək”.

yap.org.az