Siyasət

  • 2 758

Kamilə Əliyeva: Müasir dövrdə hər bir cəmiyyətin inkişafı üçün təhsil başlıca rol oynayır

image

«Müasir dövrdə hər bir cəmiyyətin inkişafı üçün təhsil başlıca rol oynayır». Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Azərbaycan dövləti təhsilin inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, bu baxımdan, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” böyük önəm daşıyır.
«Bu gün təhsilin bütün pillərinin inkişafı üçün ölkəmizdə mühüm tədbirlər reallaşdırılır. O cümlədən, qanunvericilik bazası da gücləndirilir. Hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırması və təkmilləşdirməsi üçün virtual müəssisələrin yaradılması təcrübəsi də əhəmiyyətlidir. Bu amil gənclərin karyera taleyində mühüm rol oynayır»- deyə, millət vəkili vurğulayıb.

yap.org.az

Digər xəbərlər