Siyasət

  • 2 500

İsa Həbibbəyli: Elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

image

«Azərbaycanda elm və təhsil sahəsində ardıcıl islahatların həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.İ.Həbibbəyli bildirib ki, təhsil qanunvericiliyinə edilən yeniliklər də bu islahatların tərkib hissəsidir. Onun sözlərinə görə, «Təhsil haqqında» qanuna təklif edilən dəyişikliklər də bu məqsədə xidmtə edir.«Dəyişikliklər ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə görə, həmin hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar»- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər