Nizami rayonunda Milli Qurtuluş Günü qeyd edilib

Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.Dövlət Himninin səslənməsi və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbirdə çıxış edərək Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-dən 24 il keçdiyini xatırladıb, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu deyən S.Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub.YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib.YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. O, Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ulu öndər Heydər Əliyev qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub. O vurğulayıb ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb.Digər çıxışçılar da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb.Tədbirin sonunda Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında layiqincə təmsil etmiş, bədii gimnastika üzrə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmış Jalə Piriyeva, bədii gimnastika üzrə 1 qızıl medal qazanmış Zöhrə Ağamirova, üzgüçülük üzrə komanda və fərdi yarışlarda bürünc medal qazanmış Fatimə Alkərəmova, kişi paralimpiyaçılar arasında keçirilmiş qaçış üzrə yarışda 1 qızıl və 1 gümüş medal qazanmış Elçin Muradov, Yunan-Roma Güləşi üzrə keçirilmiş yarışda bürünc medal qazanmış Rasul Çunayev və kişi paralimpiyaçılar arasında 100 metr məsafəyə qaçış yarışında qızıl medal qazanmış Elmir Cəbrayılov Fəxri fərmanla təltif olunub, onlara xatirə hədiyyələri verilib.

sia.az