Siyasət

  • 2 177

"Gərək nəbzin Vətənin nəbzi ilə vursun"

image

Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 238 saylı orta məktəbdə 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə "Gərək nəbzin Vətənin nəbzi ilə vursun" mövzusunda vətənpərvərlik tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhid Namiq Həmzəyevin büstünü ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər. Sonra 15 İyun Milli Qurtuluş Günü və 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilmiş rəsm sərgisi ilə tanış olublar, şagirdlərin hazırladıqları flaşmoba tamaşa ediblər. Akt zalında davam edən tədbir Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə davam etdirilib.
Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, YAP-ın gənc fəalı Səbinə Novruzzadə və başqaları bildiriblər ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun Milli Qurtuluş Günüdür: "Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan bir insan - Heydər Əliyevdir".
Çıxışlarda o fikir də vurğulanıb ki, çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Çıxışlardan sonra tədbir ədəbi-bədii hissə ilə davam etdirilib.
Sonda sertifikatlar təqdim edilib.

Rəfiqə

Digər xəbərlər