Siyasət

  • 2 538

Mübariz Qurbanlı: “Milli Qurtuluş Günü Azərbaycanı xaosdan intibaha apardı” RƏY

image

“Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həqiqi mənada, tarixi, ümummilli və siyasi baxımdan da Milli Qurtuluş Günü kimi qeyd olunur. 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması təsadüfi deyil. Bu, tarixi hadisələrdən nəticələrin ümumiləşdirilməsi əsasında əldə olunan qərardır və qərar həmin dövrün deputatlarının təklifi əsasında aparılan geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edilib”. SİA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.O bildirib ki, 1990-cı illərdə baş verənləri gözü ilə görənlərlə yanaşı, onu kitablardan oxuyanlar da var: "Bu baxımdan belə əlamətdar günlərlə bağlı geniş tədbirlər keçirilməlidir ki, gənclərimiz həmin dövrdə baş verənlərlə bağlı məlumatlansınlar. Azərbaycanın dövlət müstəqilliyi əldə edildikdən sonra millət olaraq qarşımızda çox mühüm vəzifələr dayanırdı ki, bunlardan biri də milli müstəqilliyin dönməzliyini təmin etmək idi. Bunu təmin etmək üçün isə müəyyən şərtlər var idi ki, onları mütləq şəkildə həyata keçirmək lazım idi. Sovet İttifaqının süqut etməsi, onun müxtəlif yerlərində ayrı-ayrı hadisələrə gətirib çıxarmışdı. Sovet İttifaqı çökməzdən öncə də həm Azərbaycanda, həm də Baltik Respublikalarında, Gürcüstanda, Qazaxıstanda böyük qan tökülməsi ilə müşahidə olunan hadisələr baş vermişdi. Onlardan ən böyüyü isə 20 Yanvarda Azərbaycanda baş verən faciə idi. Ona görə də Sovetlər İttifaqı çökdükdən sonra bütün xalqlar kimi, Azərbaycan xalqı da öz dövlət müstəqilliyininin bərpasını həyata keçirərək bir sıra səyləri, vacib məsələləri həll etməli idi. Ümumiyyətlə, tarixdə Azərbaycan xalqının böyük izi var və biz bu tarixi nailiyyətləri unutmamalıyıq”.M. Qurbanlı qeyd edib ki, 1990-ci illərin əvvəllərindən Azərbaycanın başqa müstəqillik qazanan xalqlardan fərqli cəhətləri var idi: “Belə ki, həmin dövrdə Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmışdı və xalqımız həmin müharibəni apara-apara müstəqil dövlət quruculuğunu həyata keçirməli idi. Bundan başqa həmin dövrdə Azərbaycanda proseslərdə siyasi təcrübəsi olmayan insanların siyasi arenada üst mövqeyə çıxması və ölkənin gələcək taleyinin həlli ilə əlaqədar mühüm strateji vəzifələrin düzgün, dəqiq müəyyən edə bilməyən adamların idarəçiliyə gəlməsi ölkəmiz üçün müəyyən çətinlik və problemlər yaratmışdı. Biz başqa Respublikalara baxsaq, orada siyasi elitanın ölkəsinin qarşısında duran vəzifələri dəqiq müəyyən edə bilməsini görə bilirik. Buna görə də onlar daha az təhlükə ilə üzləşmiş və problemlərini daha tez həll edə bilmişdilər. Bu baxımdan da Azərbaycanın müstəqilliyinin ilk illəri əslində ölkəmizdə xaos, qarşıdurma dövrü kimi və millətin qarşısında olan vəzifənin dəqiq şəkildə müəyyən edilməməsi ilə xarakterizə olunur. Məhz bunun nəticəsi idi ki, siyasi hakimiyyət uğurunda mübarizə qarışıqlıq olaraq Azərbaycanda qrupların toqquşmasına gətirib çıxarırdı ki, bundan da xarici qüvvələr xüsusilə də Ermənistan əlverişli şəkildə istifadə edərək ölkəmizə qarşı təcavüzünü genişləndirdi. Çox böyük, müdrik bir siyasət qurulmalı və bununla da Azərbaycanı xarici təhlükələrdən qorumaq, eyni zamanda ümumilli vəzifələri dəqiqləşdirərək milləti həmin vəzifələr ətrafında sıx birləşdirmək lazım idi. Lakin bu, çox ciddi məsələ idi. Bunu yalnız Ümumilli Lider Heydər Əliyev yerinə yetirə bildi”.YAP icra katibinin müavini əlavə edib ki, Ulu Öndərin hakimiyyətə qayıdışı şəxsi ideya deyil, Azərbaycançılıq ideyasının təşəbbüsü idi: “Ümummilli liderin atdığı addımlar Azərbaycanı gerilikdən inkişafa, xaosdan intibaha apardı. Bu baxımdan 15 İyun- Milli Qurtuluş Günü bizim tariximizdir”.

sia.az

Digər xəbərlər