Siyasət

  • 1 879

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda tədbir keçirilib

image

Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda tədbir keçirilib.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə əsl vətənpərvərlik, liderlik qabiliyyəti ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edirdi. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atıldı. 1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, respublikanı parçalanmaq təhlükəsindən qorumaqla, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi. 15 iyun günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Arif Qasımov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün problemlər aradan qaldırıldı, müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi. Təşkilatın sədri Ümummilli Liderin siyasi kursunun bu gün ölkə başçısı İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini, bu siyasətin xalqımıza parlaq, firavan gələcək bəxş etdiyini bildirib.Tədbirdə çıxış edən partiya fəalları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib.

yap.org.az

Digər xəbərlər