Siyasət

  • 2 191

Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür

image

Dağlıq Qarabağ münaqişəsinin həlli xalqların öz müqəddaratını etmə hüququ nəzərə alınmaqla, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.M.Brayza qeyd edib ki, münaqişə tərəfləri arasında etimad yoxdur: "Tərəflər bir-birinə inanmırlar. Bu da nizamlanmanın əldə olunmasına maneçilik törədir. Buna nail olmaq üçün çətin kompromisslər tələb olunur".Ekspert bildirib ki, yeganə yol ABŞ və Rusiyanın Aİ-nin iştirakı ilə münaqişə tərəflərinin rəhbərliklərinə problemin həllində siyasi dəstək göstərmələri ola bilər:"Dağlıq Qarabağ ABŞ və Rusiyanın ümumi mövqeyə malik olduğu və birgə fəaliyyətə hazır olduğu azsaylı məsələlərdən biridir".

yap.org.az

Digər xəbərlər