Siyasət

  • 2 076

"Əgər həmsədrlər addımlarını bu bəyanatlar kontekstindən atsalar, müsbət nəticə əldə etmək olar" MÖVQE

image

“1990-ci ilin əvvəlində ATƏT-in Minsk qrupu yarananda da orada konkret maddə var di ki, münaqişə tərəfləri yalnız Azərbaycan və Ermənistan hesab olunur. Bu baxımdan həmsədrlərin regiona səfəri zamanı Qarabağda separatçı rejimin hərbiçiləri ilə görüşməsi hüquq normalarına tamamilə ziddir”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Onun sözlərinə görə, əgər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir yenilik gətirmək və ya problemin həllini istəyirsə o zaman araya üçüncü tərəfi qoşmamalı regiona səfər etdikləri zaman yalnız münaqişə tərəfləri ilə görüşməlidirlər: “ Çünki Azərbaycan torpaqları Erməni təcavüzü nəticəsində işğal olunub. Separatçı rejimin Ermənistan tərəfindən dəstəkləndiyini nəzərə alsaq, buradakı mənzərə hər kəsə aydın olur. Bu baxımdan onlarla görüşüb danışmaq heç bir məntiqə sığmır. Çünki bu, həm hüquqi, həm dəsiyasi prinsiplərdən uzaq olan addımdır”.Həmsədrlərin regiona səfəri ilə bağlı gözləntilərini açıqlayan F. Sadıqov söyləyib ki, artıq uzun illərdir ki, ATƏT-in Minsk qrupu ilə bağlı ümidlər kəsilib: “Minsk qrupunun regiona səfəri gözdən pərdə asmaq xarakteri daşıyır. Əgər budəfəki səfər də belə olacaqsa, o zaman heç bir dəyişiklik gözləməyə dəyməz. Burada yalnız həmsədr dövlətlərin ikisində - ABŞ və Fransada keçirilən seçkilər nəticəsində dövlət başçılarının dəyişməsini müsbət amil kimi qeyd etmək olar. Çünki, yeni dövlət başçıları Dağlıq Qarabağla bağlı ümidverici bəyanatlar səsləndiriblər. Əgər həqiqətən də onlar addımlarını məhz bu bəyanatlar kontekstindən atsalar, o zaman müsbət nəticə əldə etmək olar”.

sia.az

Digər xəbərlər