Siyasət

  • 3 453

Hadi Rəcəbli: Respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir

image

«Hazırda islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, belə vəziyyətdə İslam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bu mənada Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisidir.
«Prezident İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, qlobal miqyasda sülhə və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyur. Respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir. Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti dövrdə də bu xətt davam etdiriləcək. Bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud potensialı və beynəlxalq ictimaiyyətin ölkəmizə etimadı İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layiqincə həyata keçirəcək, görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcək»- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər