Siyasət

  • 3 989

Flora Qasımova: Həmsədrlərin əsas məqsədi atəşkəs rejimini qoruyub saxlamaqdır

image

«Həmsədrlərin əsas məqsədi atəşkəs rejimini qoruyub saxlamaqdır». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, həmsədrlər bu gün sanki özləri üçün qənaət hasil ediblər ki, tərəflər arasında tez-tez təmasların qurulması müharibənin başlanması ehtimalını xeyli məhdudlaşdırır. Onun sözlərinə görə, regiona səfərlərinin məqsədi cəbhə xəttində sakitliyi bərpa etməyə çalışmaqdır.
«Təəssüf ki, həmsədrlər Azərbaycan torpaqlarının işğalı və bunun nəticəsində də 1 milyondandan çox insanın öz torpaqlarından didərgin düşməsi haqqında fikir bildirmirlər. Onlar öz bəyanatlarında bu insanların öz torpaqlarına qayıtmalarının zəruriliyini vurğulamırlar. Amma aydın şəkildə dərk etməlidirlər ki, bu münaqişənin həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasından asılıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra münaqişə tam həllini tapacaq»- deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər