Siyasət

  • 4 403

Tahir Rzayev: Ölkəmizin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır

image

«Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir. Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu xeyli üstələyir. Onun sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin uğurla modern, innovasiyalara əsaslanan sənaye quruculuğuna yönəldilməsi siyasəti həyata keçirilir.
«Son illərdə bu sahənin intensiv inkişafının təmin edilməsi məqsədilə mükəmməl infrastruktur yaradılıb, ayrı-ayrı mövcud müəssisələr müasir texnologiyalar əsasında yenidən qurulub, yerli xammalla işləyən, eyni zamanda, ixrac potensialına malik olan yeni istehsalatlar yaradılması məqsədilə əməli tədbirlər həyata keçirilib. Bu gün Sumqayıtda müasir, böyük sənaye kompleksi yaradılıb və proses davam etdirilir. Dövlət başçısının qərarları əsasında ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Mingəçevirdə, Neftçalada sənaye zonaları və məhəllələri yaradılır. Təbii ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayır. Digər tərəfdən isə ölkəmizdə istehsal olunan məhsulların ixracı məsələləri də diqqət mərkəzindədir. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft ixracının həcmini əhəmiyyətli dərəcədə artırmaq üçün fundamental amillər qismində çıxış edir»- deyə, T.Rzayev qeyd edib.

yap.org.az.

Digər xəbərlər