Siyasət

  • 4 132

Yeni Azərbaycan Partiyası - şərəfli inkişaf yolu!

image

YAP Sumqayıt şəhər təşkilatı IX konfransını keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX konfransı keçirilib. Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzməklə, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilkatının sədri Asif İmaməliyev ötən dövr ərzində görülən işlər barədə məruzə ilə çıxış edərək hesabat verib: "YAP-ın Sumqayıt şəhər təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seçkilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib".
Sonra gündəliyə müvafiq olaraq, nəzarət-təftiş qrupunun gördüyü işlər barədə hazırlanmış hesabat konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzə ətrafında çıxış edənlər təşkilatın son konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildiriblər. Çıxışlardan sonra təşkilati məsələlərə də baxılıb YAP Sumqayıt şəhər təşkilatının yeni tərkibdə şurası, idarə heyəti və nəzarət-təftiş qrupu seçilib.
Konfransda Ramiz Hüseynov Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri seçilib.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov geniş çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai-siyasi həyatında oynadığı roldan və qarşıda duran vəzifələrdən danışaraq, partiyanın bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə inamını ifadə edib və YAP Sumqayıt şəhər təşkilatının gələcək fəaliyyətinə yeni nailiyyətlər arzulayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər