Siyasət

  • 8 271

Sevinc Fətəliyeva: “Prezidentin sərəncamı dini konfessiyalara göstərilən diqqətdir”

image

“Ölkəmizdə bütün dini konfessiyaların fəaliyyəti üçün normal, bərabər şərait yaradılıb. Dövlətimiz hər zaman dini konfessiyalara diqqət göstərir. Dövlət başçısının dini icmalara yardımların edilməsi ilə bağlı sərəncamında da vurğulandığı kimi sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr verib”. Bu fikirləri SİA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sevinc Fətəliyeva Prezident İlham Əliyevin dini icmalara yardım edilməsi ilə bağlı sərəncamını şərh edərəkən deyib.Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların fəaliyyəti üçün hər cür, o cümlədən maliyyə dəstəyinin göstərildiyini deyən S. Fətəliyeva hesab edir ki, ayrılan vəsait nəticəsində dini konfessiyalar öz işini daha səmərəli təşkil edəcəklər: “Bu fəaliyyət Azərbaycan cəmiyyətində multikultural dəyərləri, tolerantlıq mühiti daha da gücləndirəcək. Ümumiyyətlə, dinlərarası münasibətlər dünya tarixinin ən incə məsələlərindən biridir. Xüsusilə orta əsrlərdə müxtəlif dinlər və məzhəblər arasındakı gərgin münasibətlər yüz minlərcə insanın öz həyatlarını itirməsi ilə nəticələnib. Müasir dövrdə belə, dünyanın bir çox yerində müxtəlif konfessiyalar arasındakı gərgin münasibətlərin şahidi oluruq. Lakin qeyd edə bilərik ki, ölkəmiz bu baxımdan unikal bir xarakterə malikdir. Əsrlərcə Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri qardaşlıq şəraitində yaşayıb və dini zəmində heç bir qarşıdurma mövcud olmayıb. Bu gün də Azərbaycan müxtəlif xalqların və dini konfessiyaların mehriban şəraitdə yaşadığı bir tolerant ölkədir. Bu, bütün dünya üçün bir nümunədir”.Ölkəmizdə dövlət-din münasibətləri necə tənzimlənməsi ilə bağlı sualı cavablandıran deputat söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu dövlət-din münasibətləri nəticəsində ölkəmizin bu sahədəki siyasəti sağlam əsaslar üzərində qurulub: “Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Azərbaycanda din-dövlət münasibətləri dünyəvilik prinsipi ilə tənzimlənir. Azərbaycanın dünyəvilik modeli öz ifadəsini Ulu öndərin “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik” fikirlərində öz əksini tapıb. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin nəzərdə tutduğu dünyəvilik modeli din və dövlət işlərinin bir-birindən ayrıldığı, lakin dövləti təşkil edən xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin hörmətlə qarşılandığı və qorunduğu bir modeldir. Məhz bu anlayış sayəsində dövlətin birbaşa vəzifəsi olmasa da, bir çox dini məbəd və abidələr dövlət tərəfindən bərpa olunur, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dinlərə məxsus icmalara dövlət tərəfindən mütəmadi maddi yardımlar verilir”.Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli-mənəvi dəyərlərin inkişafı konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dilə gətirən S. Fətəliyeva qeyd edib ki, məhz bu siyasət sayəsində istər milli, istərsə də dini baxımdan ölkəmiz bütün dünyada tolerantlıq modeli kimi tanınır: “Həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafını, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına çalışır”.

sia.az

Digər xəbərlər