Siyasət

  • 6 074

Prezident İlham Əliyevin uğurlu siyasəti ölkəmizin hərtərəfli inkişafını təmin edir

image

YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib

Dünən YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin abidəsinin önünə gül dəstələri düzüblər. Ağstafa rayon Mədəniyyət Mərkəzində öz işinə başlayan konfransı giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov hesabat məruzəsi ilə çıxış edib. O, VII konfransdan ötən dövr ərzində görülən işlərdən və əldə edilən nailiyyətlərdən danışıb: "YAP Ağstafa rayon təşkilatının 5700 nəfər üzvü 67 ərazi ilk partiya təşkilatında birləşib. Onların 2940 nəfərini qadınlar, 1897 nəfərini isə gənclər təşkil edir. VII konfransdan keçən müddət ərzində 1182 nəfər YAP sıralarına qəbul edilmişdir". R. Tatarov onu da bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın çətin, mürəkkəb və təlatümlü tarixi dövründə yaranıb: "Ölkəni bu böhranlı vəziyyətdən güclü lider, mütəşəkkil siyasi qüvvə çıxara bilərdi. Belə bir lider Ulu Öndər Heydər Əliyev, belə bir siyasi qüvvə isə Yeni Azərbaycan Partiyası idi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu və inkişaf yoluna qədəm qoydu. Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasəti ölkəmizin hərtərəfli inkişafını təmin edir".
Sonra YAP Ağstafa rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Sahib Salıfovun məruzəsi dinlənildi. Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ulu Öndər Heydər Əliyevin qurucusu və bu gün ölkə Prezidenti İlham Əliyevin Sədr olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi, şərəfli, qürurverici tarixindən danışıb. Bildirb ki, yarandıqdan keçən qısa müddətdə hakimiyyətə gələn YAP ümumxalq partiya olaraq, nəinki Azərbaycanda, ümumiyyətlə, regionun aparıcı, güclü təşkilatı kimi tanınıb və qəbul olunub: "Əminliklə deyə bilərək ki, YAP əldə etdiyi qələbələri bundan sonra da davam etdirəcək. Çünki YAP Ümummilli Lider Heydər Əliyevin partiyasıdır". Konfransda YAP Ağstafa rayon təşkilatı qadınlar şurasının sədri Şəhanə Osmanova, Qıraq Kəsəmən kənd tam orta məktəbinin direktoru Oruc Hüseynov, Tatlı kənd tam orta məktəbinin müəllimi Məmməd Məmmədov, Heydər Əliyev Mərkəzinin müdiri Ləman Cəlilova, Mərkəzi Xəstəxananın həkimi Ramilə Məmmədova, YAP Ağstafa rayon təşkilatının gənclər birliyinin sədr müavini Elvin İmaməliyev və digərləri rayon təşkilatının VIII konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırdılar.
Konfransda çıxış edən, Milli Məclisin deputatları Hadı Rəcəbli, Naqif Həmzəyev, partiyanın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyilə qazanılmış uğurlardan bəhs etdilər.
Konfransın qətnaməsi qəbul edildikdən sonra təşkilati məsələlərə baxılıb. YAP Ağstafa rayon təşkilatının 33 nəfərdən ibrarət şurası, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu, Ramiz Tatarov yenidən YAP Ağstafa rayon təşkilatının sədri seçilib. Sonda bir qrup Yeni Azərbaycan Partiyasının gənc üzvlərinə partiya vəsiqələri təqdim edilib.

Rəfiqə

Digər xəbərlər