Siyasət

  • 3 520

Səbuhi Abbasov: “Hər iki dövlət əmin-amanlığa ciddi şəkildə tövhə verir” AÇIQLAMA

image

“Türkiyə-Azərbaycan əlaqələrinin tarixi çox qədimlərə gedib çıxır. Əslində bizim tariximiz, kökümüz, dilimiz, dinimiz birdir. Sadəcə tarixin bəzi dönəmlərində bizdən asılı olmayan səbəblərə görə bu əlaqələrdə müəyyən durğunluqlar yaşanmışdı”. Bunu SİA-ya açıqlamasında internet -eksperti Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu əlaqələrin tarixində yeni bir səhifə açıldı: “Bu səhifə tarixə qızıl hərflərlə yazıldı. Bu gün Prezident İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğanın münasibətləri tək siyasi bağlılıq deyil, bu qardaşlıq, dostuğun təcəssümüdür. Azərbaycanın təəssüf ki, regionda güvənə biləcəyi tək ölkədir Türkiyə. Düzdür, İlham Əliyevin apardığı siyasət nəticəsində demək olar ki, Ermənistandan başqa bütün dövlətlərlə sıx münasibətlərimiz var. Amma real olaraq bizim ayaqda qalmağımızı, inkişafımızı ürəkdən bir tək Türkiyə istəyir. Bu reallıqdır. Məhz buna görə prezident son səfərində “Türkiyənin güclənməsi, bizim güclənməyimizdir” demişdir. Bu çox tarixi bir cümlədir. Dünyada Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın olan ikinci bir ittifaq yoxdur. Türkiyə-Azərbaycan münasibətləri dünya üçün yeni modeldir. Hər iki dövlət dünyada sülhə, əmin-amanlığa ciddi şəkildə tövhə verir”.

sia.az

Digər xəbərlər