Siyasət

  • 4 257

"Ermənilərin 2 yaşlı Zəhranı qətlə yetirməsi dünya ictimaiyyətini hiddətləndirib” AÇIQLAMA

image

"Azərbaycan ərazilərini işğalı edən erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndində həyata keçirdikləri təxribat nəticəsində heç bir günahı olmayan 2 yaşlı körpənin qətlə yetirilməsi vəhşilikdir". Bunu SİA-ya açıqlamasında "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov deyib.Baş verənlərin Azərbaycan xalqı, eləcə də dünya ictimayyətinin sağlam düşünən insanları tərəfindən hiddətlə qarşılandığını deyən TUMİB sədri hələ də böyük dövlətlərin münaqişənin həlli ilə bağlı ciddi mənada sözünü deməməsinə təəssüfünü bildirib: "Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya, Fransa problemin həlli ilə bağlı kəskin mövqe ortaya qoymurlar. ATƏT-in Minsk qrupu Füzulidə baş verənlərlə bağlı ilkin bəyanatında məsələnin nə qədər ciddi olduğunu ortaya qoymamışdı. Sonradan xalqın hiddətini, eləcə də dünya ictimaiyyətinin baş verənlərə biganə qalmadığını görən Minsk qrupu ikinci bəyanatında müəyyən düzəlişlər etdi. Həmsədr ölkələr istəsələr münaqişəni həll edə bilərlər. Təəssüf ki, bu, baş vermir".Birlik sədrinin sözlərinə görə, Alxanlı kənd sakini olan 2 yaşlı Zəhra Quliyevanın ölümü insanlığı düşünən bütün dünya ictimaiyyətinin narahatlığına səbəb olub: "Biz torpağımızda ədalət, sülh,bir sözlə ifadə etsək, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini istəyirik. 1 milyon məcburi köçkünümüz öz dədə-baba yuvalarına qayıtmaq istəyir. Azərbaycan gənci öz torpaqlarını qorumaq üçün silahlanır, düşmənə qarşı mübarizəyə qalxır. Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı azad etmək iqtidarındadır. Biz torpaqlarımızı işğaldan azad etmək üçün əlimizdən gələni edirik və edəcəyik. Burada hər birimiz fəal olmalıyıq"Ç. Bayramovun qeyd edib ki, xalqımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsirinə çevrilib: "Azərbaycan xalqı bundan çox böyük əziyyətlər çəkir. Məsələdən yalnız böyük dövlətlərin maraqlarından irəli gələn hazırki Ermənistan hakimiyyəti bəhrələnir".

sia.az

Digər xəbərlər