Siyasət

  • 3 695

Politoloq: “Azərbaycan Rusiyadan böyük həcmdə hərbi texnika və sursat alıb” AÇIQLAMA

image

“Torpaqları işğal altında olan ölkə statusuna malik Azərbaycan Respublikası öz hərbi potensialını artırmaq üçün müasir silah növləri almaq məcburiyyətindədir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, müharibə şəraitində olduğumuz Ermənistan respublikası regionda qüvvələr nisbətinin dəyişməməsi üçün ən yaxın müttəfiqi olan Rusiya tərəfindən müasir silahlarla təmin edilməsi də heç kimə sirr deyil: “O səbəbdən də Azərbaycan tərəfi məcburən Rusiyadan müyyən silah növləri almaq məcburiyyətindədir. Bu yaxınlarda əldə olunan razılaşmaya görə Azərbaycan Rusiyadan böyük həcmdə hərbi texnika və sursat alıb. Bu yaxınlarda bu silahın ilk partiyası ölkəmizə gətirilməyə başladılıb. Təbii ki, bütün bunlar Ermənistanın xoşuna gəlməyib və bu barədə açıq etirazlarını bildiriblər. Böyük ehtimalla Rusiya istehsalı olan D-30 haubitsalarının cəbhə xəttində cəmlənməsi bir növ müttəfiqin öz for-postu Ermənistana dayaq olduqlarını sübut etmək məqsədi güdülür”.

sia.az.

Digər xəbərlər