Siyasət

  • 3 443

“Artıq dünya dövlətləri Azərbaycana ehtiram nümayiş etdirir” MÖVQE

image

“Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı iştirak etdiyi 22-ci Dünya Neft Konqresində və eləcə də tədbir çərçivəsində həyata keçirilən görüşlərdə böyük hörmətlə qarşılanması həm ilk növbədə Dövlət başçısının dünya liderləri arasında şəxsi nüfuzu, həm də ölkəmizin imicinin göstəricisidir. Bu baxımdan bizim üçün də sevindirici haldır ki, Azərbaycan dövlətinə, onun başçısına artıq dünyanın ən böyük dövlətləri, başda ABŞ olmaqla digər Avropa dövlətlərinin hər biri böyük ehtiram nümayiş etdirir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.Deputat bildirib ki, Ölkə başçısına, eləcə də dövlətimizə göstərilən diqqətin arxasında Azərbaycan Prezidentinin ölkəmizdə illərdir həyata keçirdiyi islahatlar, həyata keçirilən böyük layihələr və digər addımlar dayanır: “Azərbaycan dövləti xüsusilə də neft, qaz sahəsində çox böyük layihələr həyata keçirməklə, yanaşı, üzərinə düşən məsələləri layiqincə yerinə yetirir”.Ölkə başçısının Türkiyəyə səfəri zamanı həyata keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsinə toxunması ilə bağlı fikrini bildirən Ç. Qənizadə söyləyib ki, münaqişə ilə bağlı müzakirələr Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi bütün görüşlərin tərkib hissəsini təşkil edir: “ Azərbaycan Prezidenti hər zaman həm ölkəmizdə, həm dünyada keçirilən bütün tədbirlərdə və həm də keçirdiyi bütün görüşlərdə torpaqlarımızın ermənilər tərəfindən işğal olunması faktını, eyni zamanda problemin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu dəfələrlə dilə gətirir. Türkiyədə önəmli tədbirdə də ölkə başçısı bu məsələni qabartdı və haqq səsimizi dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmış oldu. Bu bizə qürur verir”.Deputat qeyd edib ki, artıq Azərbaycan 20-10 ilk bundan öncəki dövlət deyil: “Ölkəmizin beynəlxalq aləmdə xüsusi yeri və rolu var. Hazırda bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Bu problem olmasaydı, ölkəmizin uğurları 5-10 dəfə artıq olardı. Bu baxımdan ümid edirik ki, ölkə başçısının siyasi iradəsi nəticəsində problem tezliklə həllini tapacaq və biz Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə çox zəfərlərə imza atacağıq”.

sia.az

Digər xəbərlər