Siyasət

  • 3 599

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

image

Dünən Şamaxıda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərə öz hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirmişlər.

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev iştirakçıları salamlayaraq, tarixi günün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublikamızın rəhbərliyinə gəlməsi ən yeni tariximizin dönüş mərhələsinin başlanğıcı olmuş, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılmasının möhkəm əsaslarını yaratmışdır.
Sonra rayon icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyət illəri Azərbaycanın dönüş və dirçəliş dövrü olduğunu vurğulayan natiq, məhz 1969-cu ilin 14 iyulundan başlayaraq, respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyulduğunu bildirmişdir.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin fundamental əsaslarını yaratmasından danışmış, Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyevin bu gün sosial-iqtisadi, siyasi və ideoloji baxımdan ölkənin inkişaf etdirilməsində çox uğurlu addımlar atdığını bildirmişlər.
NƏZAKƏT

Digər xəbərlər