Siyasət

  • 3 410

1969-cu ildən başlanan zəfər yolu

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48 illiyinə həsr olunmuş tədbir keçiriblər

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, Azərbaycanın Memarı və Qurucusu Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycanın Mərkəzi Komitəsinə Birinci Katib seçildiyi zaman respublikanı durğunluq dövründən çıxaraq, bütün sahələrdə inkişaf yolunu müəyyənləşdirdi: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən başlayaraq, elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması mümkün olsun. Xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi".
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük Vətəndaş, Dahi Şəxsiyyət, Müdrik Siyasi Xadim, Əbədi Lider olduğunu vurğulayaraq, Ulu Öndərin uzaqgörən siyasətinə nəzər saldı: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan özünün inkişaf mərhələsini yaşamış və ən yeni tarixini yaratmışdır. Ulu Öndərin 48 il əvvəl, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi respublikanın tarixində çox mühüm bir mərhələnin əsasını qoymuşdur. Əksər göstəricilərə görə İttifaqda ən son yerlərdən birində qərarlaşmış Azərbaycanda islahatların həyata keçirilməsi tarixi zərurətə çevrilmişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra iqtisadiyyatın bütün sahələrinin, xüsusən də, sənayenin sürətlə inkişafının təmin olunması istiqamətində mühüm qərarlar qəbul edildi".
E.İbrahimov Ümummilli Liderin təlatümlərdən çıxararaq, qurub-yaratdığı Azərbaycanın müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirdiyini vurğuladı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər