Siyasət

  • 3 296

"Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi"

image

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə tədbir keçirilib

Nizami rayonu icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə "Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi" mövzusunda tədbir keçirib.
Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi" adlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı "Respublika GEM" ərazi ilk partiya təşkilatının sədrəvəzi, rayon təşkilatı şurasının üzvü Ziyəddin Kazımov 48 il əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb.
"Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi" mövzusunda məruzə ilə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək, onların aradan qaldırılmasını təmin etmək bacarığı həmin dövrdə bəhrəsini verdi. Ulu Öndər Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrildi.
Rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev isə, çıxışında qeyd edib ki, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndər Heydər Əliyev uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək və fayda verəcək qiymətli irs yaradıb.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da çıxış edərək, vurğulayıb ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub, böyük strateji layihələrin həyata keçirilməsinə əsaslar yaradıb: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Çıxışlardan sonda partiyaya üzv olmuş gənclərə vəsiqələr, "Heydər Əliyev Məktəbi"nin məzunlarına sertifikatlar, YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında aktiv iştirakına görə bir qrup fəala Fəxri fərmanlar təqdim edilib.

R.RƏSULOV

Digər xəbərlər