Siyasət

  • 4 114

Deputat: "Məmurlar xalqın ağası deyil, qulluqçusudur" AÇIQLAMA

image

“Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə toxunması çox vacib və lazımlı idi. Hər kəs ölkə başçısının söylədiklərindən nəticə çıxarmalıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, vəzifəsindən asılı olmayaraq, hər kəs ölkə qanunlarına uyğun yaşamalı, Konstitusiyaya uyğun olaraq tutduqlarıvəzifəni icra etməlidir: “Bundan kənara çıxmaq qanunu pozmaq deməkdir. Lakin bu məsələdə tanınan, seçilən və vəzifədə olan şəxslər daha çox diqqətli olmalıdırlar ki, həm özləri, həm də ailə üzvləri qanun pozuntusuna yol verməsinlər”.E. Məmmədovun sözlərinə görə, vəzifəli şəxslər və ya məmurlar insanların narazılığına səbəb olan həyat tərzi keçirməməlidir: “Bəziləri qeyri-qanuni yollarla əldə etdikləri mal-mülkləri, bahalı maşınları ilə özlərini gündəmdə saxlamağa çalışırlar. Lakin düşünmürlər ki, etdikləri əməllərə görə istənilən vaxt həbs oluna bilərlər. Bu, təkcə onların özlərinə deyil, övladları və bütövlükdə ailə üzvlərinə aiddir. Vəzifəli şəxslər övladlarını düzgün tərbiyə etməli, onlar xalq üçün nümunə olmalıdırlar”.Azərbaycan prezidentinin dəfələrlə məmurlara xəbərdalıq etdiyini xatırladan deputat qeyd edib ki, hətta vaxtilə Ulu Öndər Heydər Əliyev də bu məsələyə çox diqqət edib və hakimiyyətdə olduğu müddətdə keçirdiyi bütün iclaslarında məmurlara ailə üzvlərinin davranışları ilə bağlı iradlarını bildirirdi: “Azərbaycan prezidenti İlham Əliyev artıq neçənci dəfədir ki, xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin məmurların əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayır. Dövlət başçısının da söylədiyi kimi tapşırığa əməl etməyənlər cəzalanır və bu proses bundan sonra da davam edəcək”.E. Məmmədov hesab edir ki, əgər məmurlarla bağlı daha dərin araşdırma aparılsa, cəzalananların sayı arta bilər: “Deputatlar da daxil olmaqla bütün seçilən və vəzifədə olan şəxslər xalqa xidmət etməlidir. Biz xalqın ağası deyil, qulluqçusuyuq. Bu baxımdan düşünürəm ki, biz xalqı narazı salan hərəkətlərə yol vereməməliyik”.

sia.az

Digər xəbərlər