Siyasət

  • 3 230

Ekspert: “Biz "buzu sındırmağı" bacarmışıq” MÜNASİBƏT

image

“Son vaxtlar məndə belə təəssürat yaranıb ki, bəzi ölkələr, hansılar ki, Azərbaycanın uğurlarından bərk narahatçılıq keçirirlər, onların əsas iş-güclərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasıdır. Çünki, onlar son illər ölkəmizdə gedən xeyli sayda inkişafı və irəliləyişi görüb, sanki bir qısqanclıq, paxıllıq hissi yaşayırlar. Məhz ona görə də, onlar Qarabağ məsələsində həm tələsmirlər, həm də bu münaqişənin uzanmasına bəzi səylər göstərirlər. Bəli, mən də hesab edirəm ki, əgər bu süni yaradılmış münaqişə olmasaydı, indi biz bəlkə də dünyanın ən inkişaf etmiş nöqtələrindən biri olardıq. Ola bilsin ki, mənim bu fikirlərim kimlərəsə bir qədər pafoslu görünsün, amma düşünrəm ki, məhz Dağlıq Qarabağ münaqişəsi bizə bir çox işlərimizdə kifayət qədər maddi və mənəvi zərər vurdu”. Bunu SİA-ya açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.Onun sözlərinə görə, bədnam qonşularımız bu münaqişənin həllini uzatdıqca, öz himayadarlarından kifayət qədər maddi və digər resurslar əldə edir, bizim xarici və daxili siyasətimizin də inkişafına maneçilik törədirlər: “Bir qədər diqqət etsək, görərik ki, hətta münaqişənin olması belə bizə bir çox sahələrdə işlərimizi yetərincə irəliyə aparmağa tam mane ola bilməyib. Əksinə biz bir az da gücümüzü və qətiyyətimizi toparlayaraq dünyaya bəzi dəyərləri, önəmli qlobal məsələləri çatdırmağı bacarmışıq. Dünyanın indi-indi dərk etdiyi bir çox problemləri biz 90-cı illərin axırlarında artıq öz üzərimizdə hiss etmişdik. Ermənilərin ərazilərimizdə separatizmə, ayrı-seçkiliyə meyillik göstərməsi, iqtisadi sabotaj və digər qanunsuzluqlar onlara sonda Dağlıq Qarabağla bağlı müvəqqəti məqsədlərinə çatmağa imkan verdi.Azərbaycan Prezidenti də davamlı olaraq bu münaqişəsnin tez bir zamanda həll olunmasının vacibliyini qeyd edir və Nazirlər Kabinetinin sonuncu iclasında da bu fikir bir daha vurğulandı və dünyaya mesaj ünvanlandı. Danışıqlar prosesində tez bir zamanda dinamika, irəliləyiş hiss olunmalıdır. 2017-ci ildə bir Qarabağla bağlı müəyyən əlavə bilgi və məlumatları dünaynın güc sahibi olan çevrələrinə çatdıra bilmişik. Çətin də olsa, onlar artıq hiss edirlər ki, kifayət qədər biz səbr və dözüm nümayiş etdirmişik. Azərbaycanın haqlı mövqeyi ilə bağlı artıq ən yüksək səviyyələrdə də fikirlər səslənir. Bunun özü onu deməyə əsas verir ki, biz "buzu sındırmağı" bacarmışıq. Hesab edirəm ki, yaxın zamanlarda işğalçı ölkə ilə bağlı bir sıra əməli addımların atılması gözləniləndir”.

sia.az

Digər xəbərlər