Siyasət

  • 4 793

Kamilə Əliyeva: Təhsil sektorunda gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verir

image

«İstənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı, intellektual və peşəkar kadrların mövcudluğudur». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır. Onun sözlərinə görə, bu çağırışlara müvafiq olaraq ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır.
«Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib. Təhsil sektorunda gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verir. Bu baxımdan, aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin fəaliyyəti müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir»- deyə, K.Əliyeva qeyd edib.

yap.org.az

Digər xəbərlər