Siyasət

  • 4 519

Mübariz Əhmədoğlu: “Qarabağda müharibə qaçılmazdır”

image

“Aprel döyüşləri ona görə baş verdi ki, Ermənistan Dağlıq Qarabağ danışıqlarına ciddi yanaşmadı. İndi də ermənilər bu cür mövqe nümayiş etdirir. Ona görə yeni hərbi əməliyyatların baş verməsi mümkündür”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan Ermənistanın tələblərinin heç birini qəbul etmədən onu danışıqlar masasına oturdub. Azərbaycan siyasi və diplomatik üstünlük əldə edib, Ermənistanın isə əksinə uğursuzluqları çoxdur. Onun fikrincə, Ermənistanın ATƏT-in Minsk qrupuna həmsədr olan dövlətlərlə münasibətləri pisləşib.Politoloq həmçinin vurğulayıb ki, regionda müharibə və ya sülhün olması həmsədrlərdən asılıdır: “Həmsədrlər bura gələndə regionda “Kalaşnikov”dan başqa silah yox idi. Lakin indi silahlar Kalaşnikov avtomatından “Tos 1”ə qədər dəyişib, həmsədrlər isə dəyişmək istəmir”.Rusiya prezidentlərin görüşü ilə bağlı substantiv, məzmunlu, konkret müddəalar olan təkliflər irəli sürməsə, Qarabağda müharibə qaçılmazdır: “Aprel döyüşünü ermənilər başladı, Azərbaycan isə cavabını verdi. Türkiyə neytral qaldı, İran isə əleyhimizə işlədi. Rusiya isə yalnız müharibəni dayandırmağa çalışdı”.

sia.az

Digər xəbərlər