Siyasət

  • 5 293

Nəsimi rayonunda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

image

Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər media nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov hər kəsi salamlayaraq jurnalistlərin informasiyaların yayılmasında mühüm rola malik olduğunu bildirib.Azərbaycanda mətbuata göstərilən diqqət və qayğıdan söz açan icra başçısı qeyd edib ki, ölkədə mətbuat işçilərinə mənzilin verilməsi Prezident İlham Əliyevin jurnalistlərə olar sevgi və qayğısından xəbər verir: “Bir neçə gündən sonra jurnalistlərə mənzil veriləcək. Mənzil alacaq bütün jurnalistləri təbrik edirəm. Bundan başqa media nümayəndələri hər il olduğu kimi, bu ildə KİVDF və Mətbuat Şurası tərəfindən bir sıra digər mükafatlara layiq görüləcəklər. Biz də bu ənənənin davamı olaraq özümüzə borc bildik ki, hər il olduğu kimi bu ildə jurnalistləri təbrik edək. Mən hər birinizə Nəsimi rayonu ilə bağlı məlumatları, burada görülən işlər haqqında məlumatları geniş işıqlandırdığınıza görə təşəkkür edirəm”.İcra başçısı çıxışında həmçinin Nəsimi rayonunda görülən işlər haqqında da məlumat verib. A.Əsgərov nitqinin yekununda mətbuat nümayəndələrini peşə bayramları münsaibətilə təbrik edib.Görüşdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli söyləyib ki, iyul ayı media nümayəndələri üçün əzizdir: “Çünki bu ay bizim peşə bayramımızdır. Bu ərəfədə böyük həyəcanlar yaşanır. Bilirsiniz ki, ayın 20-də jurnalistlər üçün tikilən növbəti binanın açılışı olacaq və orada ev alacaq jurnalistlərin siyahısı açıqlanacaq”.KİVDF-nin icraçı direktoru qeyd edib ki, jurnalistlərin mənzil-məişət şəraitinin pis olması ən ağrılı yerimizdir: “İllərdir ki, bu məsələ qaldırılırdı. Ölkə başçısının tapşırığı əsasında problem 2013-cü ildə həllini tapdı. Bu günlərdə 255 nəfər mənzillə təmin olunacaq. Sabah günortadan sonra mənzil alacaq şəxslər binanın açılış mərasiminə dəvət olunacaqlar. Həmin gün biz növbəti evin təməlini qoyacağıq. Növbəti ev də 255 mənzilli olacaq”.Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu il xüsusilə əlamətdardır: “Çünki bir neçə gündən sonra 255 jurnalist mənzillə təmin olunacaq. Mənzil alacaq həmkarlarımı təbrik edirəm. Mənzillərin verilməsi təkcə onu alanlara deyil, ümumilikdə jurnalistikaya verilən töhfədir. Mətbuata göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edirəm. Biz də öz qələmimizlə dövlətə və dövlət başçısına dəstək olmalıyıq”.Mətbuatın inkişafında KİVDF-nin rolundan söz açan baş redaktor söyləyib ki, KİVDF-nin fəaliyyəti müasir jurnalistikanın inkişafına, eləcə də redaksiyaların fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.Bütün dövrlərdə mətbuata açıq olduğuna görə Nəsimi rayon icra hakimiyyətinin başçısına təşəkkürünü bildirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, atılan addımların hər biri Azərbaycan Prezidentinin bu sahəyə göstərdiyi diqqətindən irəli gəlir: “Mətbuatın inkişafı ilə bağlı ilk addımlar Ulu Öndər Heydər Əliyev tərəfindən atılıb. Azərbaycan xalqının Ümummilli Liderinin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Jurnalistlər Ulu Öndəri özünə dost seçmişdi və Ümumilli Lider Heydər Əliyev də jurnalistləri özünün dostu hesab edirdi. Hazırda da ölkəmizdə bu sahəyə böyük diqqət və qayğı var. Bir neçə gündən sonra jurnalistlərə təqdim olunacaq mənzillər buna bariz nümunədir. Fürsətdən istifadə edib mənzil alacaq jurnalistləri təbrik edir, bu çətin peşədə onlara müvəffəqiyyətlər arzu edirəm. Bayramınız mübarək!.Tədbirin sonünda KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

sia.az

Digər xəbərlər