Siyasət

  • 4 902

"Bu gün 255 jurnalistin mənzillə təmin olunması dünya tarixində bənzəri olmayan faktdır" MÜNASİBƏT

image

“Bu günlər Azərbaycan mediası üçün əlamətdardır. Çünki, Milli Mətbuatın yaranmasının142 illiyi tamam olur”. Bunu SİA-ya “ Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Azərbaycan mediasının çox böyük inkişaf yolu keçdiyini deyən baş redaktor bildirib ki, ölkə mediasının hazırki vəziyyətini 142 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik: “Bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib. Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönmündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətindən nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var”.A. Quliyevin sözlərinə görə, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərinin mənimsəməsi yüksək səviyyədədir: “Bir sözlə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir”.Baş redaktor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib: “Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb”.“Görülən işlərlə yanaşı, digər tərəfdən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib. Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Təbii ki, deyilən hər fikrin arxasında çoxlu sayda element və detallar var. Bu gün 255 jurnalistin ölkə başçısı tərəfindən mükafatlandırılması, dünya tarixində bənzəri olmayan faktdır. Təsəvvür edin ki, 255 jurnalist, onun ailə üzvləri, yaxın qohumları və buna görə ədalət prinsipləri çərçivəsində məsələyə qiymət verən böyük bir ordunun olduğunu nəzərə alsaq, əslində bu hadisə bütün Azərbaycan cəmiyyətində fəxarət yaradan hadisədir. Güman ki, bu hadisə davam etdiriləcək və növbəti illərdə də jurnalistlərin mənzillə, digər dövlət təltifləri ilə mükafatlandırılmasının şahidi olacağıq”- deyə, A. Quliyev əlavə edib.

sia.az

Digər xəbərlər