Siyasət

  • 4 265

Ölkəmizin inkişafında YAP-ın böyük xidmətləri var

image

Ölkəmizin bugünkü inkişafında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bu fikirlər Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının şura iclasında səsləndirilib. Şura iclasında 2017-ci ilin birinci yarım ilinin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatinin sədri Sevda Quliyeva iclasda çıxış edərək bildirib ki, gündən-günə gözəlləşən, yeniləşən Naxçıvan Muxtar Respublikası da məhz Heydər Əliyev ideyalarından güc alaraq özünün yeni inkişaf mərhələsini yaşayır. İnkişaf və tərəqqiyə qovuşmuş Kəngərli rayonu da müstəqil Azərbaycanda həyata keçirilən uğurlu siyasətin məzmununu özündə əks etdirir. Rayonda əhalinin rahat, firavan yaşayışı üçün həyata keçirilən tədbirlər dövlətimizin və partiyamızın məqsədini bütün aydınlığı ilə ifadə edir. Buna görə də rayon əhalisi xalqa əmin-amanlıq və firavan həyat bəxş edən Heydər Əliyev siyasətini dəstəkləyir.Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilati 2004-cü il iyulun 17-də təsis edilib. O zaman Şərur və Babək rayonlarının yaşayış məntəqələrindən Kəngərli rayonuna verilmiş 11 kənddə 20 Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı fəaliyyət göstərirdi ki, bu təşkilatlarda cəmi 1215 nəfər partiya üzvü birləşirdi. Üzvlərin 170 nəfəri qadın, 343 nəfəri gənclər idi. Partiyanın rayon təşkilatı qısa vaxt ərzində böyük inkişaf yolu keçərək hazırda 31 ərazi ilk partiya təşkilatında birləşən 2917 nəfər partiya üzvündən, o cümlədən 1109 nəfəri qadın, 847 nəfəri gənclərdən ibarətdir. 2017-ci ilin birinci yarımilində təşkilatın sıralarına 71 nəfər üzv qəbul edilib, bunlardan 44 nəfəri qadın, 62 nəfəri isə gənclərdir. Partiya üzvlərindən 82-si bələdiyyə üzvüdür.Bildirilib ki, partiyanın rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyası V Qurultayının və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi istiqamətində, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələblərinə uyğun qurub. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik kömək göstərilib. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradıb. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı diqqət mərkəzində saxlanılıb, keyfiyyət amilinə üstünlük verilib. Bu ilin birinci yarım ilində ərazi ilk partiya təşkilatlarında gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə nail olunub, qadınlar şurasının fəaliyyəti genişləndirilib. 2017-ci ilin birinci yarım ilində təşkilatın 1 şura, 6 idarə heyəti yığıncağı keçirilib.Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünün tamam olduğunu qeyd edən Sevda Quliyeva partiyanın Kəngərli rayon təşkilatının fəaliyyəti üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.Sonra çıxışlar dinlənilib.Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı, təşkilatın Şura və İdarə heyətlərinin üzvü Kamal Ələkbərov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək görülmüş işləri müzakirə edib, qarşıya qoyulmuş vəzifələrdən danışıblar.

sia.az

Digər xəbərlər