Siyasət

  • 4 730

MQF jurnalistləri təbrik edib

image

Bu gün Azərbaycan Milli QHT Forumu (MQF) milli mətbuatın 142 illiyinə həsr olunmuş tədbir keçirib.SİA-nın verdiyi məlumataa görə, tədbirdə MQF ilə mütəmadi çalışan media qurumları fəxri mükafatlarla təltif olunub.Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni öncə media nümayəndələrini salamlayıb və onları Milli Mətbuat Günü münasibətilə təbrik edib. Daha sonra milli mətbuatın banisi Həsən bəy Zərdabinin fəaliyyətindən danışıb. O bildirib ki, Həsən bəy Zərdabi nəinki milli mətbuatın banisi, həmçinin ilk türkdilli qəzet olan "Əkinçi"nin, eyni zamanda, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi olub. H.Zərdabi, habelə Bakı Gimnaziyasının ilk müsəlman müəllimi və Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı olub.O, həmçinin vətəndaş cəmiyyətinin inkişafında medianın rolundan danışıb.Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, milli mətbuatımızın tarixindən, "Əkinçi" qəzetinin yaranmasından və onun milli şüurmuzun inkişafındakı rolundan bəhs edib. O, həmçinin qeyd edib ki, hazırda senzuranın olmadığı, dövlət tərəfindən hərtərəfli dəstəklənən mediamız inkişaf yolundadır.Sonda media qurumları fəxri mükafatlarla təltif edilib. Mükafatları MQF-nin prezidenti R.Zeyni, MŞ-nın sədri Əflatun Amaşov, millət vəkili İlham Məmmədov təqdim ediblər.

sia.az

Digər xəbərlər