Siyasət

  • 4 345

“Jurnalistlərin evlə təmin olunması geniş və tayı bərabəri olmayan addımdır” AÇIQLAMA

image

“Azərbaycan dövləti mətbuata hər zaman açıq şəkildə dəstək verib və azad sözün qorunması istiqamətində öz dəstəyini əsirgəməyib. Son illər ərzində Azərbaycan mətbuatının inkişafı, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar isə kifayət qədər geniş və tayı bərabəri olmayan addımlardır”. Bunu SİA-ya açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.Onun sözlərinə atılan addımların hər biri ilk növbədə Prezident İlham Əliyevin Azərbaycan mətbuatına nə qədər diqqət yetirdiyini nümayiş etdirir: “Həm 2013-cü ildə, həm də ötən gün dövlət tərəfindən ev verilən jurnalistlərin hər biri ölkənin müxtəlif sferasını təmsil edirlər. Onlara münasibətdə hər hansı bir formada ayrı-seçkiliyə yol verilmir. Təbii ki, dövlətin jurnalistlərə verdiyi dəstək müqabilində mətbuatdan hər hansı bir istəyi, umacağı yoxdur. Dövlət hamının dövləti, prezident də hamının prezidentidir”.E. Mirzəbəyli qeyd edib ki, Azərbaycan prezident atdığı addımlarla bütövlükdə mətbuatın dostu, ölkə vətəndaşlarının prezidenti olduğunu uzun illərdir ki, əməldə sərgiləyir: “Ölkə başçısının verdiyi dəstək nəticəsində Azərbaycan mətbuatının maddi-texniki bazası kifayət qədər möhkəmlənib, sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb”.Dövlət başçısı tərəfindən təqdim edilən konsepsiya əsasında Azərbaycan mediasının yeni inkişaf mərhələsi yaşadığını dilə gətirən baş redaktor bildirib ki, ölkə mətbuatı Milli Mətbuatın 143 illiyinə tamamilə xoş ovqatla daxil olur və əminik ki, bundan sonra da dövlət Azərbaycan mediasının yanında olacaq.

sia.az

Digər xəbərlər