Siyasət

  • 4 277

Əliməmməd Nuriyev: “Jurnalistlərin mükafatlandırılması postsovet məkanında ilk nümunədir” MÜNASİBƏT

image

“Prezidentimiz növbəti dəfə 255 jurnalistə mənzil hədiyyə etdi. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlif yönümlü KİV-lərdə çalışan media işçilərinin mükafatlandırılması postsovet məkanında ilk nümunədir”. SİA-nın verdiyi məlumata görə, bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından bu, misilsiz bir addımdır: “Cənab Prezidentin ikinci binanın açılışında qeyd etdiyi"Jurnalistlər mənim köməkçilərimdir" ifadəsi jurnalistlərə, söz azadlığına verilən ən böyük dəyərdir.Qeyd etmək lazımdır ki, ölkəmizdə medianın inkişafına Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan KİV-in dəstək siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dayanaqlı inkişafının təmin edilməsi və ölkəmizdə bütün sahələrin, o cümlədən vətəndaş cəmiyyəti və KİV-in inkişafında davamlı addımlarına görə Cənab Prezidentə minnətdarıq və hər zaman bu siyasətin icrası prosesində iştirak etməkdən qürur duyuruq.Bir daha mənzil sahibi olan jurnalistləri təbrik edir, bu işdə əməyi keçən hər kəsə yeni-yeni uğurlar arzulayıram”.

sia.az

Digər xəbərlər