Siyasət

  • 4 703

Bəhruz Quliyev: Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza mövcuddur

image

«22 iyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin humanistliyinin növbəti bariz nümunəsidir. Belə ki, bird aha sübut olundu ki, ölkə başçımız cənab İlham Əliyev hər bir vətəndaşın Prezidentidir və O, bunu apardığı uğurlu siyasəti ilə bird aha sübuta yetirmiş oldu». Bu fikirləri yap.org.az saytına «SƏS» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
B.Quliyev bildirib ki, jurnalistlərə töhfə olaraq verilmiş 255 mənzilin hər biri həm də onu sübuta yetirir ki, Azərbaycanda yürüdülən sosial siyasət öz uğurlu bəhrələrini verməkdədir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev jurnalistlərə mənzillərin verilməsi mərasimindəki çıxışında bu faktoru xüsusilə vurğuladı. O, qeyd etdi ki, Azərbaycanda aparılan əsas siyasətlərdən biri və birincisi sosial siyasət faktorudur. Məhz bunun nəticəsidir ki, artıq ikinci bina da təhvil verildi, üçüncü binanın təməli qoyuldu.
«Lakin o da sirr deyil ki, əldə edilən hər bur uğur Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasətin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev də jurnalistlərə diqqət və qayğısını əsirgəmirdi. Bu gün isə cənab Prezidentimizin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımları davamı və ənənəvi xaarakter almaqdadır. Hesab edirəm ki, dövlət azad sözün, mətbuatın inkişafında öhdəsinə düşən işi artıqlaması ilə yerinə yetirib. Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza mövcuddur, eyni zamanda azad sözün, azad mətbuatın inkişafında dövlət başçısının liderlik xüsusiyyəti, iradəsi də ortadadır. Cənab Prezidentin mətbuata olan qayğısı da jurnalistlərin diqqətindən yayınmayıb, artıq üçüncü ildir ki, İlham Əliyev jurnalistlərin dostu elan edilir. Mən "SƏS" qəzetinin kollektivi adından cənab Prezidentə minnətdarlığımı bildirirəm və jurnalist əməyinə verdiyi qiymətə görə, həmçinin Jurnalistlərin Dostu mükafatının verilməsi münasibəti ilə ürəkdən təbrik edirəm»- deyə, baş redaktor qeyd edib.

yap.org.az

Digər xəbərlər