Siyasət

  • 8 371

İsmayıl İsmayılov: Uğurlu idman siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır

image

«Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir». Bu fikri gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
İ.İsmayılov bildirib ki, uğurlu idman siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.
«Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan I Avropa Oyunları, Formula-1 yarışları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, atıcılıq üzrə mötəbər turnirlərə də ev sahibliyi edir. Ölkəmizdə atıcılıq idmanının inkişafı üçün əlverişli şəraitin yaradılıb, maddi-texniki baza ən yüksək tələblərə cavab verir»- deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər