Siyasət

  • 4 095

Politoloq: “Soçi görüşü çox əhəmiyyətli idi” MÜNASİBƏT

image

“Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü çox əhəmiyyətli idi. Soçi görüşündən əvvəl cənab Prezident İlham Əliyev və Putin arasında görüşdən kifayət qədər vaxt keçmişdi. Bu müddət ərzində iki ölkə arasında kifayət qədər problemlər və suallar yaranmışdı”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Onun sözlərinə görə, 2000-ci illərdən başlayaraq Rusiya və Azərbaycan arasında münasibətlərin mülayimləşməsi, son illərdə isə strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasının şahidi olmuşuq. Lakin, aprel hadisələrindən sonra Rusiya və Azərbaycan arasında müəyyən gərginliyin də şahidi olduq. Bakının Qarabağ məsələsində Moskvadan irəliləyiş gözləməsi təəssüflər olsun ki, praktikada reallaşmadı. Eyni zamanda Xarici İşlər Nazirləri səviyyəsində söz atışmalarının, Azərbaycanlıların ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması da ikitərəfli münasibətlərdə ürəkaçan məqamlardan deyildi. Son aylar ərzində isə ermənilərin cəbhədə həyasızlıq nümayiş etdirmələri Azərbaycan qarşısında müharibə variantını aktuallaşdırdı.Bütün bunlar fonunda iki ölkə liderlərinin görüşü çox əhəmiyyətli idi. Cənab İlham Əliyev və Putin arasında isti münasibətlər əlaqələrin mənfi istiqamətə getməsinə imkan verməməlidir. Rusiyada müəyyən qüvvələr Azərbaycan və Rusiya arasında olan münasibətlərin pislənməsini istəsələr də, bu görüşdən sonra həmin qüvvələrin istəklərinin puç olmasının şahidi olar bilərik.Azərbaycan və Rusiya arasında müxtəlif səviyyələrdə - iqtisadi, humanitar, mədəni və s. münasibətlər inkişaf edir və son illərin statistik göstəricisi də müsbət dinamikadan xəbər verir”.

sia.az

Digər xəbərlər