Siyasət

  • 3 554

Deputat Soçi görüşündən danışdı AÇIQLAMA

image

“Prezidentlərin Soçi görüşü ölkələrimiz arasında qonşuluq, dostluq və strateji əməkdaşlığın inkişaf etməsinin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur: “Görüşdə prezidentlər ölkələrimizin gələcəkdə əməkdaşlığının inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparıb, bizim üçün vacib Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusuna toxunulub. Biz bilirik ki, Rusiya dünya güclərindən birisidir və həm də Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması üçün ATƏT-in yaratdığı Minsk qrupunun həmsədrlərindən biri kimi məsələnin həllinə təsir gücünə malikdir. Ona görə də Soçi görüşü Dağlıq Qarabağ probleminin həllinə öz təsirini göstərə bilər”.

sia.az

Digər xəbərlər