Siyasət

  • 4 955

Seymur Orucov: “Jurnalistlər Prezidentin göstərdiyi etimada daha adekvat davranmalıdırlar” AÇIQLAMA

image

“Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev hər zaman olduğu kimi, növbəti dəfə də humanist bir addım atdı. Belə ki, 255 mənzil bir qrup jurnalistə təqdim olundu”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (GB) sədri Seymur Orucov deyib.Sədrin sözlərinə görə, dünyanın heç bir dövlətində belə təcrübəyə rast gəlinməyib: "Dövlət başçısı jurnalistlərin əməyini yüksək qiymətləndirərək, onlara ikinci həyat bəxş etdi. Ən maraqlısı isə odur ki, burada tək iqtidaryönümlü mətbuata deyil, eləcə də Azərbaycan hakimiyyətini hər zaman tənqid atəşinə tutan müxalifyönümlü mətbuata da pay düşdü. Bu, bir daha onu göstərir ki, Azərbaycanda siyasi plüralizm var və mətbuat azadlığı yüksək həddədir. Düşünürəm ki, ölkədə jurnalistlər obyektiv olmalı və Prezident İlham Əliyevin göstərdiyi etimada daha adekvat davranmalıdırlar. Onlar jurnalistikanın yeniliklərini qəbul edərək, yeni bir institutun formalaşması üçün əllərindən gələni etməlidirlər”.

sia.az

Digər xəbərlər