Siyasət

  • 3 609

"Azərbaycan xalqına böyük səmimiyyət və məhəbbətlə yanaşıram"

image

“Rossiya 24” kanalının aparıcısı Evelina Zakamskaya Azərbaycan barəsində fikirlərini və hisslərini “Moskva-Bakı” portalının müxbiri ilə bölüşüb.SİA xəbər verir ki, E.Zakamskaya müxbirin “Azərbaycanla sizi nə bağlayır?” sualına belə cavab verib: “Mən Azərbaycanın həyatını izləyirəm, çünki bu ölkə mənim Vətənimdir. Mən Azərbaycan xalqına - onun tarixinə, indisinə və gələcəyinə böyük səmimiyyətlə və məhəbbətlə yanaşıram. Sonuncu dəfə Azərbaycanda 2015-ci ildə olduqca parlaq və yaddaqalan idman tədbiri - Avropa Oyunları zamanı olmuşam.Mən ölkənin mədəni həyatını da diqqətlə izləyirəm. Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi olan gözəl balerina Anna Antoniçeva Böyük Teatrda prima-balerina statusunda rəqs edir. Bu təhsil ocağında çoxlu gözəl müəllim olub və indi də var. Mən əminəm ki, Azərbaycan teatrın inkişafına bundan sonra da yetərli qüvvə, vəsait və diqqət ayırsa, bu, dünya mədəniyyətinin rifahına xidmət edəcək.Uşaqlarımın dayəsi azərbaycanlıdır. Biz ikimiz də bir-birimizi heç tanımadan Bakıda böyümüşük. O, artıq 13 ildir bizim ailədədir: böyük qızımı böyüdüb, indi kiçik qızımla məşğuldur. Mənim uşaqlarım bəzi Azərbaycan sözlərini bilir. Mən çox şadam ki, həyat yoldaşımın ailəsi Azərbaycan mədəniyyətinə və ənənələrinə bələd olur.Növbəti dəfə Bakıya nə vaxt gəlməyə hazırlaşıram? Zənnimcə, bu, işimlə bağlı məsələ olacaq. “Rossiya 24” kanalında populyar” Mneniye” (“Rəy”) layihəsini həyata keçirirəm, dövlət başçılarından müsahibə götürürəm. Əgər mövzu olsa, Azərbaycanın Prezidenti, Birinci vitse-prezidenti tərəfindən dəvət olsa, böyük məmnuniyyətlə gələrəm. Doğma Bakı ilə görüş mənim üçün həmişə əziz və əhəmiyyətlidir”.Azərbaycan və Bakı haqqında xeyli mehriban və xoş söz deyən E.Zakamskaya fikrini belə tamamlayıb: “Azərbaycan Prezidenti İlham Əliyevlə çox söhbət etmişəm. Ona ilk növbədə ölkə lideri kimi baxmışam. Mənim üçün insani keyfiyyətlər və siyasətçi keyfiyyətləri bir-biri ilə sıx bağlıdır. Mən onda özünə güvənən müdrik siyasi xadim gördüm. Bütün bunlar gözəl yumor hissinə malik intellektual, ağıllı və həssas insanla sıx bağlıdır.

Digər xəbərlər