Siyasət

  • 6 157

Akif Nağı : “NATO Ermənistanı nə üçün öz təlimlərinə cəlb edir?” AÇIQLAMA

image

“İyulunun 30-da “Layiqli tərəfdaş-2017 ” adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərində Ermənistanın iştirak etdiyinə görə Azərbaycan tərəfi orada təmsil olunmadı. Bu təlimlərin keçirilməsi təbii bir hadisədir. Bizə də qəribə gəldi ki, niyə görə Ermənistan orada iştirak edir”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, bu təlimlərdə bütün NATO ölkələrinin hamısı iştirak etmirdi əksinə az sayda ölkələr təmsil olunurdular: “Türkiyədə burada iştirak etməyə bilərdi. Amma nədənsə Türkiyə rəhbərliyi burada elə bir mövqe tutmadı. Heç şübhəsiz ki, Azərbaycan bu təlimə Ermənistanın dəvət olunmasına görə qatılmadı. Burada məsələni belə qoya bilərik ki, NATO rəhbərliyi işğalçı Ermənistanı nə üçün öz təlimlərinə cəlb edir? Təbii ki, bu NATO rəhbərliyinin qeyri-obyektiv mövqeyindən xəbər verir. Bu haradasa dolayısı ilə işğalçıya dəstəkdən xəbər verir”

sia.az

Digər xəbərlər