Siyasət

  • 4 664

Novruz Məmmədov: Müasir dövrün ziddiyyət palitrasında özünü qabarıq nümayiş etdirən problemlərdən biri də miqrasiya prosesidir

image

“Öz gərginliyi, ziddiyyətləri, mövcud problemlərinin xarakteri və miqyası baxımından XXI əsrin ilk onilliklərinin beynəlxalq münasibətlər tarixində özünəməxsus yer tutacağı şübhəsizdir.

Hər halda, beynəlxalq aləmdə böyük dövlətlərin kəskin geosiyasi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə apardıqları rəqabətdə yeni status almış aktorların – transmilli korporasiyaların, müxtəlif QHT-lərin, mətbuat orqanlarının, terror təşkilatlarının ciddi təsirə malik olan oyunçulara çevrilməsi əvvəlki dövrlərdə indiki qədər açıq və qabarıq şəkildə müşahidə olunmamışdır. Bütün bu prosesin ortaya çıxardığı problemlər isə göz qabağındadır: beynəlxalq münasibətlər sistemində “davranış kodeksi” hesab edilən beynəlxalq hüquq yalnız söz və bəyanat formasında bəzi sənədlərdə görüntü yaratmaq xatirinə qeyd olunur, insanlar və dövlətlər səviyyəsində ədalət anlayışı iflasa uğrayır, böhranlı regionların və ərazi münaqişələrinin sayı durmadan artır, zəngin və kasıb cəmiyyətlər arasındakı fərq getdikcə çoxalır” – bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi Novruz Məmmədovun “Müasir tarixdə miqrasiya prosesi haqqında” adlı məqaləsində yer almışdır.

Novruz Məmmədovun sözlərinə görə, bu kütləvi miqrasiyanın əsas istiqaməti isə sosial-iqtisadi baxımdan cəlbedici və coğrafi cəhətdən nisbətən yaxın olan Avropadır. Prosesin miqyasının nə dərəcədə böyük olduğunu izah etmək üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir ki, təkcə 2014-cü il ərzində Avropaya köç edən miqrantların sayı 6 dəfə artaraq 300 mindən 2 milyona çatdı. Rəqəm sonrakı illərdə daha da artıb. Avropadan kənarda məskunlaşanların, yolda aclıqdan və xəstəlikdən ölənlərin, Aralıq dənizində batan, həlak olanların sayı isə bu rəqəmlərdə əks olunmur.

yap.org.az

Digər xəbərlər