Siyasət

  • 4 446

Mərkəz sədri: “Avstriya nümunəsi ATƏT-in münaqişələrin tənzimlənməsində səmərəsizliyini nümayiş etdirdi” AÇIQLAMA

image

“ATƏT-in məşğul olduğu münaqişə təkcə Dağlıq Qarabağ münaqişəsi deyil. MDB məkanındakı bütün münaqişələrin tənzimlənməsində bu və ya digər dərəcədə ATƏT iştirak edir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, ATƏM-in ATƏT-ə çevrilməsi ilə SSRİ-nin parçalanması prosesləri üst-üstə düşdü: “Ona görə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi müəyyən qədər özünə geosiyasi maraq cəlb edə bilmişdi. Nəticədə ATƏT ayrıca qrup yaratdı. ATƏT-in Minsk Qrupu təxminən belə şəraitdə formalaşdı. Zaman keçdikcə münaqişələrin həlli çətinləşir, yeni münaqişə regionları yaranır. Münaqişələrin həll olunmaması ATƏT tipli təşkilatları depressiv vəziyyətə salır.Avstriyanın rotasiya üzrə ATƏT-ə indiki sədrliyi bütün bu problemləri daha qabarıq şəkildə ortalığa qoydu. Çünki Avstriyanın cari sədrliyi özü ilə əlaqəli iki bir-birinə bağlı faktoru ortalığa qoydu:I. ATƏT-ə sədrliyi dövründə Avstriyanın daxilində növbədənkənar parlament seçkiləri elan edildi və parlament seçkilərinin əsas motivatoru ATƏT-in fəaliyyətdə olan səfiri, Avstriyanın Xİ naziri S.Kurts oldu. S.Kurts partiya rəhbəri kimi parlament seçkilərini udmalı, həm də elə udmalıdır ki, onun Avstriyanın kansleri olmasına imkan versin. Avstriya parlament seçkiləri Almaniyanın bəzi siyasi partiyalarının müdaxiləsi fonunda baş verir. Ona görə S.Kurts üçün daha qəliz vəziyyət yaranıb. ATƏT sədrliyinə ayırdığı vaxtın miqdarı xeyli azdır.II. ATƏT-in rəhbərliyinin tərkibi demək olar ki, formalaşmayıb. Dörd əsas vəzifə yaxşı halda sentyabr ayından fəaliyyətə başlaya bilər.Beləliklə 2017 –ci il sona çatır, amma ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi hələ Dağlıq Qarabağ münaqişəsi regionuna gəlib çatmayıb. ATƏT-in atmosferində cüzi meteoroloji dəyişiklik baş verən kimi ATƏT-in fəaliyyəti iflic oldu.Dünyamızda təbii, metroloji, texnogen, antropogen kataklizmlərə daha dözümlü yeganə bir qurum var. Bu da BMT-dir.Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılması ilə başlayan yeni dünya düzəninin ilk bəd xəbərçisi idi. Ona görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in deyil, BMT-nin məşğul olması daha səmərəlidir. Bəlkə də bununla dünyanın bir qisim regionunda baş verən destruktiv prosesləri dayandırmaq olar”.

sia.az

Digər xəbərlər