Siyasət

  • 4 778

Elman Məmmədov: “Ermənistanın vəhşiliklərinə qarşı cəza tədbirləri görülməlidir” AÇIQLAMA

image

“Ümumiyyətlə beynəlxalq təşkilatlar, dünya birliyi ermənilərin uzun illər boyu dinc insanlara, uşaqlara, körpələrə, qocalara, xəstələrə yəni silahsız mülki insanlara qarşı törətdikləri cinayətlərə barışmaz mövqedə olmalıdırlar, cəza tədbirləri görməlidirlər, sanksiyalar tətbiq etməlidirlər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, təəssüflər olsun ki, insan hüquqlarından, demokratiyadan boğazdan yuxarı dəm vuran həmin beynəlxalq təşkilatlar, həmin Avropa dövlətləri və s. bu günə kimi ermənilərə “gözünün üstündə qaşın var” deməyiblər. Hesab edirəm ki, onlar bundan sonra da deməyəcəklər: “Çünki elə erməniləri qidalandıran, ürəkləndirən, təlimatlandıran, təmin edən bunlardır. Bu gün həmin inkişaf etmiş o Avropa dövlətlərinin ABŞ-ın özündə də çox sərbəst şəkildə açıq-aşkar erməni terror təşkilatları mövcuddur və fəaliyyət göstərir. Belə olan halda da biz 1988-ci ildən başlamış Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımları, kütləvi qırğınları göstərə bilərik. Bunlara qarşı hər hansı bir cəza tətbiq olundumu? Təbii ki, xeyir.Amma baxın, Ukrayna məsələsində bütün Avropa, ABŞ Rusiyaya qarşı ən sərt cəza tədbirləri, sanksiyaları tətbiq edir. Axı bunun fərqi nədir? Bizdə insanıq və bizdə bu beynəlxalq birliyin, BMT-nin, ATƏT-in üzvüyük. Bizə qarşı ermənilər tərəfindən törədilən bu cinayətlərə görə niyə ermənilər cəzalanmır və onlara sanksiyalar tətbiq olunmur. Beləcə cəzasızlıq hiss edən Ermənistan bu hərəkətlərini günü-gündən də gücləndirir və davam etdirir”.

sia.az

Digər xəbərlər