Siyasət

  • 5 582

Elmira Süleymanova Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

image

Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova beynəlxalq təşkilatlara müraciət edib.
Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.
Müraciətdə qeyd olunur ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalıdır.

sia.az

Digər xəbərlər