Siyasət

  • 4 639

Sahibə Qafarova: Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır

image

«Ermənistan silahlı qüvvələrinin mülki insanları hədəfə almasının nəticəsi kimi Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifovun xəsarətlər alması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur». Bu fikri Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: “İşğalçı ölkənin silahlı qüvvələri bu cür terrorçu təxribatlarla uşaqları, qadınları hədəfə almaqla vandalizm aktlarını davam etdirir. Şübhəsiz ki, insanlığa sığmayan, beynəlxalq hüquq normalarına zidd olan bu cür təxribatçı əməllər dünya ictimaiyyəti – beynəlxalq təşkilatlar və ayrı-ayrı milli dövlətlər tərəfindən kəskin şəkildə qınaq obyektinə çevrilməli, işğalçı ölkəyə qarşı müvafiq islahedici tədbirlər görülməlidir”.
S. Qafarova qeyd edib ki, işğalçı Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların pozulmasına nail olmaqdır: “Ermənistan işğalçı siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Bu ölkə konkret olaraq mövcud status-kvonun davam etməsi tərəfdarıdır, münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini istəmir, sülh tərəfdarı deyil. Bu cür qeyri-konstruktiv mövqedən çıxış edərək müxtəlif manevrlərlə çıxış edir. Beynəlxalq hüquq normalarına zidd olan təxribatların törədilməsi də bunun tərkib hissəsidir”.

yap.org.az

Digər xəbərlər